Ukraynada qalmaqal - Savçenko spikerin yerini `zəbt etdi`


01:59     06 İyul 2016 savcenlo%20zebt%20etdi.jpg

Ukrayna Ali Radasının “Batkivşina” və “Radikal” partiyasından olan 20 deputatı sessiya zalında kürsünü və Rəyasət Heyətini əhatəyə alaraq prezident Pyotr Poroşenkonun da adının hallandığı ofşor qalmaqallarının araşdırılmasını tələb edib.



APA-nın UNN-ə istinadən verdiyi xəbərə görə, təxminən 15 deputat Rəyasət Heyətini, 5-i isə tribunanı mühasirəyə alıb.

Sədrin yerində deputat Nadejda Savçenko əyləşib.

Parlamentarlar, həmçinin, Rəyasət Həyətinə girişi bağlayıblar.

Nəticədə Radanın spikeri Andrey Parubiy parlamentin axşam iclasını açan kimi yarımçıq dayandırmaq məcburiyyətində qalıb. O bildirib ki, parlamentin işini davam etdirməsi üçün siyasi məsləhətləşmələr aparılması vacibdir.

Açar sözlər:

Oxunub: 950